Onlayn ictimai-siyasi qəzet
“Mahir Emreli ilə ünsiyyət heç də asan deyil. Ona eləmədiyi şeyləri 2-3 dəfə başa salmalı olursan”.
İdman.biz xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.
O, Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə çalışmağın çətinliklərindən danışıb: “Buna görə də ona aut və künc zərbələri zamanı harada dayanmalı olması ilə bağlı məsləhətlər verilir. Bu, onunla görülən daimi işdir. Stefanos Trimasla anlaşma daha yaxşı olub. Amma mən hələ razı deyiləm”.
Klubun idman direktoru Coti Xatsialeksiu Kloze ilə Emrelinin bir klubda çalışmasına münasibət bildirib: “Mahirin bəxti onda gətirib və ya gətirməyib ki, Miro sabiq hücumçudur və öz ön xətt oyunçularına yüksək tələbkarlıq nümayiş etdirir. Əlbəttə, novator rolu daha yaşlı və qazancı yüksək olan oyunçuların üzərinə düşür. Mahir də öz inkişafı üçün növbəti addımı indi atmalıdır. Amma o, ruhən azad, hətta bəlkə də bəzən qeyri-standart şeylər edən sərbəst rəssamdır. Buna görə də bəzən 25 metrdən də hədəfə düşür”.
Qeyd edək ki, Mahir II Bundesliqada keçirdiyi 12 oyunda 3 qol vurub.
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ