Onlayn ictimai-siyasi qəzet
İstanbulda rusiyalı turist itkin düşüb.
Milli.Az SHOT-a istinadla xəbər verir ki, 23 yaşlı gənc qadınla dekabrın 30-dan bəri əlaqə saxlanılmayıb.
Məlumata görə, Laura Pisarenko Türkiyəyə Nalçikdən uçub. Dekabrın 30-da qız doğum gününü orada qeyd edib. Məhz o zamandan bəri onunla əlaqə saxlamaq mümkün olmayıb.
Turisti sonuncu dəfə Rusiyanın İstanbuldakı konsulluğunda görüblər. O, pasportunu itirdiyi üçün ora gedib.
Qeyd edək ki, yaxınlarının dediyinə görə, Laura əvvəllər yaddaş zəifliyindən əziyyət çəkirmiş.
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ