İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin xüsusi nümayəndəsi Bakıdan sonra İrəvana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfər edəcək.

"Report"un əldə etdiyi məlumata görə, o, 9-10 yanvar tarixlərində İrəvanda səfərdə olacaq.

Səfər çərçivəsində Ermənistan rəsmiləri ilə yüksək səviyyəli məsləhətləşmələr aparılması nəzərdə tutulub.

Qeyd edək ki, xüsusi nümayəndə bu gün Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Bu, Maqdalena Qrononun Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində Bakıya ilk rəsmi səfəridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR