İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə faciə baş verdi, matəm elan edildi

Gürcüstan hakimiyyəti 9 yanvarı matəm günü elan edib. Bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Musavat.com xəbər verir ki, qərar Abxaziyanın Qali rayonunun (Gürcüstandan qopmuş rayon) Saberio kəndində baş vermiş faciə ilə bağlı verilib.

“Gürcüstan hökumətinin qərarı ilə Abxaziyanın işğal olunmuş Qali rayonunun Saberio kəndində 5 uşağın ölümü ilə nəticələnən faciə ilə əlaqədar yanvarın 9-u Matəm Günü elan edilib.

Baş nazir İrakli Kobaxidzenin imzaladığı hökumətin müvafiq sərəncamına əsasən, Matəm günü ilə əlaqədar bütün Gürcüstanda inzibati binalardakı dövlət bayraqları endiriləcək. Gürcüstan hökuməti bir daha həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir”, - bəyanatda deyilir.

Qeyd edək ki, yanvarın 5-də Saberio kəndində Çolaria ailəsinin evində baş verən yanğın beş uşağın həyatına son qoyub.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR