Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın KazMunayQaz (KMG) şirkəti LUKoyl-un dəvəti ilə Bolqarıstanda neft emalı zavodunun alınmasının detallarını müzakirə edir. Musavat.com xəbər verir ki, məlumatı şirkətin mətbuat xidmətindən İnterfaks-Qazaxıstana açıqlayıblar.
Məlumatda qeyd olunur ki, “KazMunayQaz” LUKoyl tərəfindən Bolqarıstanda “LUKOIL Neftochim Burgas” neft emalı zavodunun alınması üzrə müsabiqədə iştirak etmək üçün dəvət olunub.
"Təfərrüatlar müzakirə olunur", - milli şirkət əlavə edib.
KMG əlavə edib ki, şirkətin Rumıniyada iki neft emalı zavoduna - Vega və Petromidia-ya sahib olduğunu nəzərə alsaq, Bolqarıstanda neft emalı zavodunun alınması "şirkətin beynəlxalq enerji bazarında imkanlarını genişləndirəcək".
Qeyd edək ki, Lukoyl-un Bolqarıstandakı neft emalı zavodu şirkətə qarşı sanksiyalar fonunda Rusiya şirkətinin mülkiyyətindən çıxarılır. Bolqarıstan hökuməti zavodun satışı üzrə müsabiqə keçirir.
Rusiya Almaniyadakı neft emalı zavodunun da Qazaxıstan tərəfindən alınmasına çalışır. Bu məsələ prezident Vladimir Putin tərəfindən Kasım-Jomart Tokayevlə görüşdə də qaldırılsa da, Qazaxıstan prezidenti ölkəsinin belə bir niyyətinin olmadığını açıqlayıb.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ