İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəsində gəzdirdiyi narkotik maddələr partladı, əməliyyat zamanı öldü - VİDEO

İrandan İstanbula gələn 63 yaşlı İsveç vətəndaşı Rupen Harotonian mədəsində gəzdirdiyi narkotik kapsullarının partlaması nəticəsində vəziyyəti ağırlaşıb.

Musavat.com xəbər verir ki, xəstəxanaya aparılan kişinin mədəsində külli miqdarda narkotik maddə aşkarlanıb.

Həmin şəxsin mədəsindəki 6 ədəd maddə həkimlər tərəfindən çıxarılsa da, ölüm riski olduğu üçün əməliyyatı davam etdirmək mümkün olmayıb. Həmin şəxs bədəninə qarışan narkotik maddələrdən elə həmin gecə dünyasını dəyişib.

Əcnəbi vətəndaşın ölümündən bir neçə gün əvvəl İstanbulda bir otelə gələrək qeydiyyatdan keçdiyi anlar da kamerala əks olunub.

Musavat.com

Midesinde uyuşturucu taşıyan adam, kapsüller patlayınca hayatını kaybetti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR