İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda minaaxtaran çəkmələr istehsal olundu - FOTO

Azərbaycanda ilk dəfə olaraq minaaxtaran çəkmələr istehsal olunub.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə ölkəmizdə keçrilən V ADEX-2024 sərgisində məlumat verilib.

Bildirilib ki, həmin çəkmələr öz funksiyalarını asan daşınan idarəetmə bloku və alt hissəyə yerləşdirilmiş sensorlar vasitəsilə yerinə yetirir. Mina aşkar olunduqda cihaz bu barədə siqnalı istəyə bağlı olaraq dinamikə və ya qulaqcığa ötürür. Layihə prototipdir, üzərində sınaq və təkmilləşdirmə işləri aparılır.

Bu çəkmələrin əsas özəlliklərindən biri 15 santimetr dərinlikdə yerləşdirilən mina və digər metal konstruksiyalı təhlükəli partlayıcı qurğuları aşkar etməsi, eləcə də 6 saatlıq rejimdə fəaliyyət qabiliyyətinə malik olmasıdır. Daha bir xüsusiyyət isə onun daha az büdcə hesabına ərsəyə gəlməsi, habelə asanlıqla daşına bilməsidir.

Eyni zamanda mürəkkəb iş xüsusiyyətinə malik olmaması bu çəkmələrin idarəetməsinin personal tərəfindən asanlıqla mənimsənilməsinə imkan verir.

Sözügedən çəkmələr, həmçinin şəxsi heyətin döyüş şəraitində əlavə vaxt itkisinin qarşısını alır və daha qısa müddətdə irəliləməklə döyüş tapşırığını yerinə yetirməsinə şərait yaradır.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR