İnsanlara hürriyət, millətlərə istiqlal!

“McDonald's” ABŞ-dakı ofislərini bağlayır

Tez hazırlanan qida üzrə xidmət göstərən “McDonald`s” restoranlar şəbəkəsi, yenidən strukturlaşmanın bir hissəsi olaraq işçilərin vəzifəsindən azad edilməsini elan etməyə hazırlaşdığı üçün bu həftə ABŞ-dakı ofislərini müvəqqəti bağlayır.

Musavat.com xəbər verir ki, bu barədə “Wall Street Journal” şirkətin bəyanatına istinadən məlumat verib.

Qeyd olunub ki, aprelin 3-dən etibarən bu həftə ərzində “McDonald's” şirkətdəki işçilərin sayı ilə bağlı əsas qərarları açıqlayacaq.

Həmçinin, şəbəkənin rəhbərliyi amerikalı və bəzi digər əcnəbi işçilərindən faktiki olaraq kadrlarla bağlı qərar qəbul edə bilmək üçün bazar ertəsindən çərşənbə gününə qədər məsafədən iş formatına keçməyi xahiş edib.

Bundan əlavə, işçilərdən tədarükçülərlə, eləcə də “McDonald's” qərargahındakı digər tərəfdaşlar və həmkarları ilə bütün görüşləri ləğv etmək istənilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR