İnsanlara hürriyət, millətlərə istiqlal!

Matevosyan: Paşinyanın cavab zərbəsi endirə bilməməsi nəyi göstərir?

“2021-ci ildə ER Baş Qərargahının Nikol Paşinyanın istefasını tələb edən bəyanatından sonra hakimiyyət (inzibati resurslardan istifadə edib-etməməkdən asılı olmayaraq) Respublika meydanına bir neçə min insan toplamışdı.

Bu gün (hazırda) hakimiyyətin resursu ancaq fləşmob təşkil etməyə və sosial şəbəkələrdə öz səhifələrində liderlərinin fotolarını dəstək sözləri ilə yaymağa çatır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Beniamin Matevosyan yazıb.
“Maraqlıdır, bu insanlar bu günlərdə Paşinyanın fotolarını çap edib küçələrə çıxsalar, sosial şəbəkələrdə statuslarla məhdudlaşmasalar, nə baş verəcək?
Küçə indi hamısı olmasa da, hərəkatın nəzarəti altındadır və aksiyalar hələ 2018-ci ildəki kimi genişmiqyaslı deyil. Lakin hakimiyyətin virtual məkanda olmayan “cavab zərbəsi” təşkil edə bilməməsi bu dəyişikliklərdən xəbər verir”-deyə Matevosyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR