İnsanlara hürriyət, millətlərə istiqlal!

"Embraer" Aktauda baş verən təyyarə qəzası ilə bağlı açıqlama yaydı: "Diqqətlə izləyirik..."

Braziliyanın aparıcı aviasiya şirkəti "Embraer" Aktauda baş verən təyyarə qəzasından sonra rəsmi açıqlama yayıb.

"Bugün Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Embraer-190" təyyarəsi ilə baş verən hadisə bizi dərindən kədərləndirdi. Fikirlərimiz və səmimi başsağlıqlarımız bu hadisədən zərər çəkənlərin ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına yönəlib. Biz vəziyyəti diqqətlə izləyirik və müvafiq qurumlara tam dəstək verməyə hazırıq," – deyə şirkətin rəsmi saytında yerləşdirilən müraciətdə bildirilir.

Musavat.com xəbər verir ki, bundan əlavə, "Embraer" və Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) nümayəndələri hadisə ilə bağlı araşdırma aparmaq üçün Qazaxıstana yola düşüblər.

Qeyd edək ki, "Embraer" 1969-cu ildə Braziliyada təsis edilmiş və hazırda kommersiya, biznes və hərbi təyyarələrin istehsalı üzrə dünyanın aparıcı aviasiya şirkətlərindən biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR