Onlayn ictimai-siyasi qəzet
Pezidenti Donald Tramp ABŞ Daxili Gəlirlər Xidmətinin (IRS) rəhbəri vəzifəsini icra edən Qari Şeplini iki gün əvvəl təyin olunduğu vəzifədən azad etmək qərarına gəlib.
Musavat.com The Wall Street Journal-a istinadən xəbər verir ki, vergi agentliyinə indi müvəqqəti olaraq ABŞ Maliyyə nazirinin müavini Maykl Folkender rəhbərlik edəcək və o, bu il IRS-ə rəhbərlik edəcək beşinci şəxs olacaq. Eyni zamanda Şepli departamentdə qalacaq, lakin fərqli vəzifədə olacaq.
Ağ Evin sahibi keçmiş konqresmen və onun müttəfiqi Billi Lonq-u Daxili Gəlirlər Xidmətinin daimi rəhbəri kimi görmək istəyir, lakin onun namizədliyi hələ ABŞ Senatı tərəfindən təsdiq edilməyib.
“The New York Times” öz növbəsində yazır ki, Şeplinin işdən çıxarılması ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessentlə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edən İlon Mask arasında yaranan ziddiyyətlərlə bağlıdır. Bildirilir ki, Mask bu barədə Trampa məlumat verən və Şeplinin vəzifədən uzaqlaşdırılmasına nail olan maliyyə nazirinin başı üzərindən Şeplinin təyin edilməsinə şərait yaradıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ