İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Amerikada oturub, Almaniyanı qarışdırır: Seçki mitinqində çıxış etdi

İlon Mask Halle şəhərində (Saksoniya-Anhalt federal əyaləti) keçirilən Almaniya üçün Alternativ (AfD) seçki mitinqində videobağlantı vasitəsilə çıxış edib.

Musavat.com xəbər verir ki, məlumatı Bild qəzeti yayıb.

Qəzet Maskın sözlərini sitat gətirir: "Mən AfD-yə çox heyranam. Alman olmaqdan qürur duymaq normaldır". Maskın sözlərinə görə, almanlar keçmişlərinə görə özünü günahkar hiss etməyi dayandırmalıdırlar. Eyni zamanda, o, “sivilizasiyanın gələcəyinin bu (Bundestaqa-red.) seçkilərdən asılı ola biləcəyini” iddia edib: “Biz dünyada fərqli mədəniyyətlərə malik olmaq, lakin “multi-kulti”yə (multikulturalizm –red.) qərq olmamaq istəyirik”.

Mask “almanların min illərdir mövcud olduğunu” qeyd edib.

Qeyd edək ki, Mask son həftələrdə Almaniyada baş verən daxili siyasi hadisələri aktiv şəkildə şərh edir. Milyarder Almaniya kansleri Olaf Şolsu cahil adlandırıb və bildirib ki, yalnız heç vaxt nə federal, nə də regional hökumətə rəhbərlik etməyən sağçı “Almaniya üçün Alternativ” partiyası ölkəni böhrandan xilas edə bilər. Almaniyada AfD-yə bu cür dəstək digər partiyaların qəzəbinə və tənqidinə səbəb olub və Almaniya hökumətinin sözçüsü Kristian Hoffmann Maskın AfD-yə səs verməklə bağlı ictimai çağırışlarını ölkədəki seçki kampaniyasına müdaxilə cəhdi adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

26 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR