Onlayn ictimai-siyasi qəzet
Mən Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla əməkdaşlıq etməyəcəyəm və onlara qoşulmayacağam.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanın keçmiş meri Ayk Marutyan mayın 1-də “Yeni qüvvə” partiyasının təsis qurultayında jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, adları çəkilən adamlar vaxtilə ölkəni məhv edən sistem qurublar.
Sabiq mer onların dəyişməyəcəyinə əmin olduğunu bildirib. “Biz Ermənistana əhəmiyyət vermədiklərini sübut edən qüvvələr və fiqurlarla əməkdaşlıq etməyəcəyik. Bu insanlar Ermənistanın inkişafını istəmirlər. Bunlar hakimiyyətdə olarkən ölkəni yox, öz var-dövlətlərini artırmağı düşünüblər”, - deyə Marukyan söyləyib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ