Onlayn ictimai-siyasi qəzet
“Müstəqillik Bəyannaməsi ilə bağlı heç kim Ermənistana qarşı iddia irəli sürməyib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən forumda çıxışı zamanı deyib.
Erməni revanşist siyasətçinin sözlərinə görə, istənilən xalq bu cür sənədlərdə öz məqsədlərini (Həmin bəyannamədə Qarabağın işğalı və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb-red.) müəyyənləşdirir və erməni xalqı da Bəyannamədə bunu edib.
Manukyanın fikrincə, Azərbaycan Ermənistana konstitusiyaya görə deyil, Paşinyan zəif olduğu üçün təzyiq edir.
“Konstitusiyanı təzyiq altında dəyişdirməklə biz özümüzü biabırçı vəziyyətə salmışıq. Heç bir halda nəyin bahasına olursa olsun, belə bir referenduma icazə verilməməlidir”,-deyə o qeyd edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ