İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mançester Yunayted”in zorlamada ittiham olunan futbolçusu bəraət aldı

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud zorlama və cinsi təcavüz ittihamlarından azad edilib.

O, 2022-ci ilin yanvarında sosial şəbəkələrdə keçmiş sevgilisi tərəfindən zorakılıq faktını əks etdirən bir sıra fotoların yayılmasınadan sonra saxlanılmışdı. 21 yaşlı futbolçu zorlama, təcavüz və ölümlə hədələmədə şübhəli bilinirdi.

Böyük Mançester polisi bu gün bildirib ki, Qrinvud yuxarıdakı ittihamların hamısından azad olunub.

“21 yaşlı gəncin barəsində 2022-ci ilin yanvarında başlanmış istintaqla bağlı cinayət işinə xitam verilib. İşin mediada geniş işıqlandırılmasını nəzərə alaraq, onun artıq mühakimə olunmadığını bildiririk”, - Böyük Mançester polisi qeyd edib (Sports.ru).

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR