İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksimum 50 gün ərzində İranın yeni prezidenti seçilməlidir - Xamenei

Maksimum gələn 50 gün ərzində İranda yeni prezident seçilməlidir.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran prezidenti və onu müşayiət edən şəxslərin ölümü ilə əlaqədar verdiyi başsağlığı müraciətində bildirib.

Onun sözlərinə görə, İran konstitusiyasının 131-ci maddəsinə əsasən, İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber prezidentin vəzifəsini icra edəcək.
Ətraflı

İranın Ali Lideri qeyd edib ki, 1-ci vitse-prezident, məhkəmə sisteminin sədri və parlament sədri yeni prezident seçkilərinin keçirilməsi üçün addımlar atmalıdır.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR