İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun UTANCVERİCİ ANLARI - Fransız lider dünyaya BELƏ RƏZİL OLDU

Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun finalında Argentina 3-3 bitən matçın penaltilər seriyasında Fransanı 4-2 hesabı ilə məğlub edərək çempion olub.

Musavat.com xəbər verir ki, Lusail stadionunda matçı tribunadan izləyən Fransa prezidenti Emmanuel Makron meydançaya enərək böyük kədər yaşayan fransız futbolçuları qucaqlayıb.

Final oyunundan 2 gün sonra belə sosial mediada Makronun fotoları paylaşılır və tənqid olunur. Hətta Fransa mətbuatının belə "utancverici" kimi şərh etdiyi kadrlarda Makron matç bitdikdən dərhal sonra meydançaya enərək fransız futbolçu Mbappe ilə Argentina millisinin qapıçısı Emiliano Martinez arasında yaşanan emosional anı kəsir.

63a14c637af5070020f6209d.jpg (89 KB)

Martinez Fransanın məğlubiyyətindən sonra yerdə oturan Mbappeyə təsəlli verməyə gələndə Makron qəfildən yanlarına gəlir və əllərini hücumçunun başına qoyur. Martinez Mbappeni yerdən qaldırıb əlini sıxarkən, Makron oyunçunun qolundan tutub onunla danışmağa çalışır.

Mükafatlandırma mərasimində məğlub fransız futbolçulara medal paylayan Makron Mbappeni yenidən qucaqlamağa çalışsa da, Mbappe prezidentlə göz təması belə qurmayıb və onun yanından sürətlə uzaqlaşıb.

Sözügedən görüntü Fransa liderinin "narahatlıq verən insan" kimi damğalanmasına səbəb olub.

63a14c907af5070020f620a1.jpg (68 KB)

Makronun ələ salındığı görüntülər bunlarla məhdudlaşmır. Sosial şəbəkələrdə yayılan başqa bir görüntüdə Fransa prezidenti qol vura bilməyən Aurelien Tchouameni qucaqlamağa çalışır. Lakin üzündə heç bir ifadə nümayiş etdirməyən Tchouameni prezidentin əlini ən qısa zamanda buraxmaq istəyir.

Britaniya mətbuatı Makronun soyunub-geyinmə otağında özünü göstərmək cəhdlərini davam etdirdiyini və zəif alqışlarla yola saldığını yazıb.

Makronun bu hərəkətləri onu müxalifətin də lağ obyektinə çevirib.

63a14cc17af5070020f620a3.jpg (102 KB)

"Onun Mbappeyə yapışqan kimi yapışdığını görmək narahatlıq doğururdu", - deputat Sebastien Chenu Makronu sərt şəkildə tənqid edib.

Manuel Bompard isə Makronun daha əvvəl işlətdiyi ifadəni işlədib və Twitter-də “İdmanı siyasiləşdirməməliyik” deyə status paylaşıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR