Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron və baş nazir Elizabet Bornun populyarlığı bu ay, xüsusən də pensiya islahatları layihəsi fonunda azalıb.
Fransa vətəndaşlarının təxminən 65%-i prezidentin yanvar ayındaki fəaliyyətindən narazıdır ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə üç faiz bəndi çoxdur. Fransalıların yalnız 34%-i Makronun hərəkətlərindən razıdır ki, bu da bir ay əvvəlkindən iki pillə aşağıdır.
Bildirilir ki, bu göstəricilər Fransa prezidentinin 2020-ci ilin fevralından bəri ən aşağı populyarlıq səviyyəsidir.
Həmçinin, yanvarda fransızların 64%-i Bornun siyasəti ilə razılaşıb. Halbuki, dekabrda bu göstərici 59% olub. Ölkə əhalisinin 32% onun fəaliyyətini müsbət qiymətləndirir ki, bu da siyasətçinin hökumət başçısı təyin olunmasından bəri ən pis nəticədir.//Oxu.az
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ