İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”  


Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəsə razılıq verməyi tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Vladimir Putin bu gün ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan danışıq zamanı sülh istədiyini göstərməlidir.

Makron vurğulayıb ki, Rusiya lideri Tramp tərəfindən irəli sürülmüş və Ukrayna ilə Avropa tərəfindən dəstəklənən 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini qəbul etməlidir.

“Sülh istəyirsə, bunu göstərməyin yeganə yolu atəşkəsə dərhal razılıq verməkdir,” – deyə Makron bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR