İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahsun Azərbaycanın bu şəhərini kürd eli adlandırdı -Etiraz başladı+VİDEO

Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.

Musavat.com Kult.az-a istinadən xəbər verir ki, Mahsun Qırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı video-çarxını kürd dilində yayımlayıb.

O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmunu kürd şəhəri adlandırıb.

O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib.

Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR