Onlayn ictimai-siyasi qəzet
Xorvatiya çempionatında 2-ci turun rəmzi komandası açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, 11-likdə Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. Mahirin oyunu 8,2 xalla qiymətləndirilib. Mahirdən başqa “Dinamo”nun daha 3 futbolçusu - Luka İvanuşeç, Boqdan Mixayliçenko və Maksim Bernauer də rəmzi heyətdə yer alıb.
Qeyd edək ki, “İstra”ya qarşı keçirilən səfər oyununda (3:0) inamlı oyunu ilə seçilən 26 yaşlı futbolçu bir qol vurub və bir qol ötürməsi edib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ