Onlayn ictimai-siyasi qəzet
"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam".
Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli jurnalistlərə açıqlamasında deyib.
O, bəzən işlərin yolunda getdiyini, bəzən isə çətinliklərlə üzləşdiyini bildirib:
"Bir çox insanlar məni görməzdən gəliblər. Şikayət etmirəm. Çalışmağa üstünlük verdim".
Emreli insanların ondan gözləntilərinin çox olduğunu söyləyib: "Özümə bu cür motivasiya verməyə çalışıram".
O, gələcək karyerası ilə bağlı danışıb: "Hansı komandada çıxış edəcəyim bəlli deyil. Özüm də gözləyirəm. Agentlər nə istədilərsə, etdim. Onlardan xəbər gözləyirəm. Ümid edirəm ki, qarşıdakı həftələrdə biləcəyəm".
Forvard Bundesliqada çıxış etmək ehtimalı barədə danışıb: "Hansı doğru olsa, onu seçəcəyəm. Avropanın top 5 liqalarında oynamaq arzumdur. Ölkədən bu niyyətlə çıxmışam. Amma gözləməliyik". (Oxu.Az)
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ