İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanda referenduma gələnlər AZ OLUB - tədbir etibarsız elan edilib

Macarıstanlı seçicilər bu yaxınlarda keçirilmiş referendumda çox zəif iştirak ediblər. Ona görə bu gün həmin referendumun nəticələri etibarsız elan olunub.

AZƏRTAC Macarıstan Milli Seçki Ofisinin (NVI) məlumatına istinadla xəbər verir ki, referendumda səsvermə hüququna malik olan macarların yalnız 44 faizi iştirak edib.

Uşaqların müdafiəsi məsələsinə həsr edilmiş referendumda seçicilər 4 suala cavab verməli idi:

1.Siz dövlət təhsil müəssisələrində yetkinlik yaşına çatmamış uşaqlara valideynlərin razılığı olmadan seksual oriyentasiya mövzusunda tədris edilməsini dəstəkləyirsinizmi?

2.Siz yetkinlik yaşına çatmamış uşaqlar üçün cinsin dəyişdirilməsinin təbliğ olunmasını dəstəkləyirsinizmi?

3.Siz yetkinlik yaşına çatmamış uşaqların onların inkişafına təsir göstərə biləcək açıq-aşkar seksual media-kontent ilə tanış olmasını dəstəkləyirsinizmi?

4.Siz yetkinlik yaşına çatmamış uşaqlara cinsin dəyişdirilməsi barədə media-kontent nümayiş etdirilməsini dəstəkləyirsinizmi?

Səsvermənin etibarlı sayılmış nəticələri arasında “yox” cavablarının sayı 92 faizdən çox olub. Lakin səsverməyə gəlmiş iştirakçıların sayı 50 faizdən aşağı olduğuna görə nəticələr etibarsız elan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR