İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Ukraynaya 570 min avro dəyərində tibbi yardım göndərir

Macarıstan hökuməti Ukraynaya ümumi dəyəri 570 min avro olan tibbi xarakterli humanitar yardım göndərməyi qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu aksiya “Macarıstan kömək edir” adlı humanitar proqram çərçivəsində həyata keçirilir. Belə bir qərarın qəbul edilməsini İnsan Resursları Nazirliyinin dövlət katibi Bentse Retvari bu gün səhər elan edib. O, Budapeşt yaxınlığındakı Pilişvöreşvare Milli Xəstəxanalar İdarəsinin əsas anbarı qarşısında tribunadan çıxış edərək bildirib ki, Ukraynaya bu gün göndəriləcək yardıma dərman maddələri, tibbi avadanlıq, infuziya nasosları, ilk tibbi yardım qutuları və bintlər daxildir.

Retvari deyib: “Müharibə vaxtı xəstəxanaların yeni materiallar alması çətin olur, buna görə də Macarıstanın köməyi xüsusilə vacibdir”. İndiyə qədər göstərilmiş yardımdan əlavə Ukraynada macar milli azlığının yaşadığı Zakarpatye vilayətinə də kömək göstəriləcək.

Retvari Ukraynada xeyriyyə proqramlarının dəstəklənməsi üçün pul şəklində də yardım göstəriləcəyini vəd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR