İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Ukraynadakı münaqişəyə qarışmır

Macarıstan öz ərazisi üzərindən silah göndərilməsinə imkan verməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bir daha bəyan edib. “Biz başa düşürük ki, Ukrayna Prezidenti üçün öz ölkəsi və xalqı hər şeydən vacibdir. Lakin bizim üçün hər şeydən vacibi Macarıstanın və macar xalqının təhlükəsizliyidir. Biz Macarıstanı müharibədən kənar tutmaq üçün hərəkət edirik. Bu səbəbdən biz öz ərazimiz üzərindən silah tədarükünə yol verməyəcəyik”, - deyə nazir vurğulayıb.

Ölkənin baş naziri Viktor Orban bundan əvvəl bildirmişdi ki, Rusiya enerjidaşıyıcılarının idxalına qoyulan qadağa qısa müddət ərzində Macarıstan iqtisadiyyatını ləngidəcək və dayandıracaq. Buna görə də Macarıstan belə bir qərarın əleyhinədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR