İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko məmurlara: "Ukrayna ssenarisi təkrarlanarsa, qaçan mən yox, siz olacaqsınız"

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus rəsmilərini 2020-ci il seçkiləri ilə bağlı etiraz aksiyalarının nəticələrindən nəticə çıxarmağa və Ukrayna ssenarisinin təkrarlanmasının qarşısını almağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Lukaşenkoya yaxın “Pul pervoqo” teleqram kanalı məlumat yayıb.

Belarus prezidenti “Yerli səviyyədə əhali ilə işin üsul və formalarının yenilənməsi” adlı respublika müşavirəsində məmurları qara aqibətlə hədələməyi unutmayıb.

“2020-ci ildə və ondan sonra baş verənlərdən nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük addım atacağıq. Amma Ukraynadan çox bizim üçün çətin olacaq. Mən sizi qorxutmuram, lakin bilirsiniz ki, sözləri havaya demirəm. Əzizlərim, Allah eləməsin, hansısa qarışıqlıq başlasın, başa düşürsünüz ki, biz (hakimiyyət - red.) irəli gedəcəyik. Mən əlimdə avtomat burada duracağam, sizlər isə öndə qaçacaqsınız,-deyə Belarus lideri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR