İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerik dağlarında ƏMƏLİYYAT: iranlıya görə 3 nəfər saxlanıldı - VİDEO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR