İnsanlara hürriyət, millətlərə istiqlal!

Le Pen Makronu hədəfə aldı - "istefa" deyir: Fransada siyasi böhran dərinləşir

Fransada 2025-ci il büdcə layihəsi ilə bağlı yaranan gərginlik nəticəsində hökumətin süqutu ölkədə siyasi böhranı daha da dərinləşdirib. Aşırı sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen, hökumətə qarşı etimadsızlıq səsverməsində dəstək verərək Baş nazir Mişel Barnyenin vəzifədən uzaqlaşdırılmasında mühüm rol oynayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, indi isə Le Pen diqqətini prezident Emmanuel Makrona yönəldib.

Prezident Makron yeni baş nazir axtarışında olarkən, Le Pen və onun immiqrasiya əleyhinə mövqeyi ilə tanınan partiyası Milli Birlik (RN) ilə məsləhətləşmələr aparmaqdan imtina edib. Makron, Le Peni “Respublika əleyhinə cəbhənin” bir hissəsi kimi xarakterizə edərək onu siyasi proseslərdən kənarda saxlayıb. Buna cavab olaraq, Le Pen Makron istefa verənə qədər onun üzərində təzyiqi artıracağını bəyan edib.

Fransada kriz zirvede: Le Pen gözünü Macrona dikti

Le Pen, hər şeyin tək bir şəxsin qərarından asılı olduğunu vurğulayaraq, Makronun adını çəkmədən onun sonunun yaxınlaşdığını ima edib. O, “Öz qüruru naminə dövlət siyasətini və Fransanın taleyini qurban verib-verməyəcəyinə qərar vermək onun vicdanına bağlıdır” deyə bildirib və əlavə edib: “Xalqın kütləvi rəddini görməzdən gəlib-gəlməyəcəyinə qərar vermək onun məntiqinə bağlıdır.”

Le Pen, atası Jan Mari Le Pen tərəfindən qurulan partiyanın rəhbərliyini ələ aldıqdan sonra təşkilat daxilində ciddi dəyişikliklər edib. Bu dəyişikliklər nəticəsində Milli Birlik Partiyası Fransanın siyasi səhnəsində daha təsirli bir mövqeyə sahib olub və Le Pen hakimiyyətə heç vaxt olmadığı qədər yaxınlaşıb.

Fransada kriz zirvede: Le Pen gözünü Macrona dikti

Le Pen, partiyasının sadiq seçici bazasını istifadə edərək, RN-in nüfuzunu artırıb və digər partiyalar arasında parçalanma yaradıb. Bu səylərində ona ən çox kömək edən şəxs isə siyasi karyerasını Le Peni hakimiyyətdən uzaq tutmaq üzərində quran Makron olub.

Makron, seçki kampaniyaları zamanı adətən iş dünyası yönümlü siyasətlərinə qarşı çıxan sol görüşlü seçicilərin dəstəyini qazanmağı bacarıb. Çünki sol seçicilər Makrondan daha çox Le Peni qəbul etmirdilər.

Lakin Barnyenin hökumətinin sonunu gətirən 2025-ci il büdcə layihəsini parlament səsverməsi olmadan qəbul etməsi qərarı, Le Penin hökuməti devirmək üçün gərəkli dəstəyi toplamasına səbəb olub.

Hazırda Fransada siyasi vəziyyət qeyri-müəyyən olaraq qalır və prezident Makron yeni hökumət qurmaq üçün intensiv danışıqlar aparır. Le Pen isə bu prosesdə təsirini artırmağa çalışır və ölkənin siyasi gələcəyində mühüm rol oynamağa hazırlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR