İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan yeni iddia: “Polşa Ukrayna ərazisinin aktiv istismarına başlayıb”

“Polşa Ukrayna ərazisinin aktiv şəkildə mənimsəməyə başlayıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir iddia Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən səslənib.

“Hələlik biz görürük ki, Rusiya ilə hər hansı dialoqun yolverilməzliyi ilə bağlı söhbətlərin getdiyi bir zamanda polşalı həmkarlarımız Ukrayna ərazisini ələ keçirməyə başlayıblar”, -deyə, o bildirib.

“Prezident Vladimir Zelenski və Ali Radanın polyaklara səsvermə hüququndan başqa hər şeydə ukraynalılara bərabər hüquqların verilməsi haqqında qərarlar qəbul etməsi, habelə Polşanın Ukraynaya paralel nəzarət vergi xidməti sistemini qurmaq niyyəti ilə bağlı çıxan informasiyalar bir çox mətləbdən xəbər verir”,-deyə RF xarici işlər naziri söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR