İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Ermənistana xəbərdarlıq: “...əks nəticə verə bilər”

 

“Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib. 

Rusiyanın baş diplomatı daha sonra deyib: “Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyi təmin etmək üçün KTMT missiyasının yaradılmasının zəruriliyini təbliğ edirlər. Və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq. Amma bunu qəbul etmək mümkün olmadı, çünki erməni həmkarlar bu sənəddə Azərbaycanın sərt şəkildə pislənməsini israr etməyə başladılar. İzah etdik ki, əgər söhbət qınaqdan, ritorikadan, mövqelərin təqdim olunmasından gedirsə, burada hər kəs istədiyini etməkdə azaddır. Amma əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, bu, mütləq hansısa xarici əlamətlər, bəzi bəyanatlar və daha çox sərt ifadələrlə bağlı deyil”.

S.Lavrov ardınca deyib ki, biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq. “Buna baxmayaraq, müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan yerləşdirilərsə, əks nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə əlavə qıcıqlandırıcılar yarada bilər”, - Lavrov bildirib.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR