İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında turistlərin ehtiyatsızlığı yanğına səbəb oldu – Partlayış baş verdi

Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb. Hadisəyə səbəb bura gələn turistlərin odla ehtiyatsız davranması ehtimal edilir.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.

Onun özlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün müəyyən çətinliklər yaranıb:

“Yanğının baş verdiyi ərazidə alovun təsirindən mina partlayışı baş verdiyi üçün, canlı qüvvə və texnika yanğın sahəsinə birbaşa müdaxilə edə bilməyib. Yanğına səbəb ilkin ehtimal olaraq istirahətə gələn turistlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir. 10 hektara yaxın ərazini əhatə edən yanğın məhdudlaşdırılıb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR