İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında son durum: separatçıların başının əzilmə zamanı - Qabil Hüseynli ilə CANLI

Ermənistandan hərbi xidmətə çağırılan və Azərbaycanın hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində yerləşdirilmiş erməni hərbçilər təcili tərxis olunurlar.
Bu barədə erməni deputat Tiqran Abramyan özünün “Facebook” hesabında məlumat verib. Bölgədə isə vəziyyət gərgin olaraq qalır.
Əsgər Kazımov Anar Rüstəm oğlunun aldığı güllə yarasından şəhid olması isə səbr kasamızı daşıran son damla ola bilər.
Əsgərimizin məhz sülhməramlıların məsuliyyət zonasında olan erməni separatçı-terrorçular tərəfindən vurulması intiqam alınmasını və antiterror əməliyyatlarını qaçılmaz edir. Artıq Xankəndidə yuva salmış “artsax”ın külünü havaya sovurmaq zamanıdır.
TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində professor Qabil Hüseynli ilə Qarabağdakı vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR