İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçına 100 baş yak gətirilib


Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.

Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.

Musavat.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynov məlumat verib. Onun sözlərinə görə yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.

️Damazlıq heyvanlar seçildikdən sonra onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb.

Yaklar bu qəfəslərdə təyyarə ilə Azərbaycana gətirilib, Bakıdan irihəcmli yük maşınları ilə dislokasiya nöqtəsinə aparılıb.

️Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanların Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilməsi təmin edilib. Hazırda heyvanların yerli şəraitə adaptasiyası prosesi davam edir. Açıq ərazilərdə bəslənəcək yaklar mütəxəssis nəzarətində saxlanır. Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR