İnsanlara hürriyət, millətlərə istiqlal!

"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində “Arşın mal alan” operettası təqdim olunub

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçında keçirilən şəhər günü tədbirləri davam edir.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, "Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.
Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR