Onlayn ictimai-siyasi qəzet
Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub.
Musavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kürdə çimən zaman baş verib.
Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib.
Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş O, Qazax rayonu Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərində fəal olan Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan Kərimov Sumqayit Musiqi Kollecinin məzunu olub.
Nurlan evin ən böyük övladı olub. Onun Ruslan və Aqşin adlı qardaşları var. Kürdə batanlardan biri də onun özündən 5 yaş kiçik qardaşı Akşin Elburus oğlu Kərimovdur. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı kəndindəndir.
Dünyasını dəyişən ana və iki övladının fotosunu təqdim edirik:
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ