Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikayanın bu səhər açıqladığı "Qəfəs-33" əməliyyatının təfərrüatları heyrət doğurub.
Musavat.com xəbər verir ki, əməliyyat zamanı Ahmet Söylemez və onun rəhbərlik etdiyi dəstənin dsətənin üzvləri saxlanılıb.
Məlumata görə, dəstə üzvləri borc məsələsinə görə zərgərləri güllələyiblər. Bundan əlavə, dəstənin silahlı hücumları da kameralara düşüb.
İstanbul, Ankara, Diyarbəkir və Mersində keçirilən əməliyyatda aralarında təşkilatın rəhbəri də daxil olmaqla 9 şübhəli yaxalanıb. Nəzarətə alınaraq polis bölməsinə aparılan şübhəlilər haqqında əməliyyatlar davam etdirilir.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ