İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım körpüsündə partlayış: Ölən və yaralananlar var

 

Rusiyanın ilhaq etdiyi Krımın kritik nöqtəsi olan Krım körpüsündə səhər saatlarında partlayış baş verib.

Musavat.com xarici mediaya istinadla bildiirir ki, Krım körpüsü “fövqəladə vəziyyət”lə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Krımın qubernatoru Sergey Aksyonov verdiyi yazılı açıqlamada  körpüdə fövqəladə vəziyyətin olduğunu, təfərrüatları açıqlanmadığını bildirib.

Sözügedən fövqəladə vəziyyət səbəbindən körpünün nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını bildirən Aksyonov deyib ki, "təhlükəsizlik xidməti və əlaqədar birliklər bunun üzərində işləyir" dedi.

Rusiyanın cənubundakı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da partlayış baş verdiyini, iki nəfərin öldüyünü, bir uşağın yaralandığını açıqlayıb. Ölənlərin qız uşağının valideynləri olduğu da bildirilib.

Qladkov bildirib ki,  paylaşılan görüntülərdə bəzi nəqliyyat vasitələrinin zədələndiyi görünür: "İndi bir qızın yaralandığını görürük. Ən pisi odur ki, onun valideynləri hücumda həlak olublar".

Rusiya sosial mediasında yayılan bəzi görüntülərdə körpüdən tüstünün qalxdığı görünür.

Bəzi KİV-lərdə Ukrayna ordusunun gecə saatlarında körpüyə raket hücumu təşkil etdiyi bildirilir.

2022-ci ilin noyabrında körpüdə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR