İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınların pensiya yaşının artırılmasına etiraz etdilər  

Ötən gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılaraq, 64 il 6 ay olub.

Musavat.com xəbər verir ki, bununla bağlı xəbərə tanınmış simalar reaksiya veriblər. Onlar "show_news" instaqram səhifəsində olan yazıya şərh yazaraq, bunu məsxərəyə qoyublar.

Şair Nazilə Səfərli "Düz edirlər, 45-i keçən üzgərmə edir, çıxır TikTok-a. Onlar da görür ki, bu hələ özü qazana bilər. Qalanlar da onların oduna yandı" sözlərini yazıb.

Aparıcı Zemfira Adıgözəlova: "Adamlar 50 yaşdan o tərəfə işə düzələ bilmir. Heç yerdə işə götürmürlər. 15 il gözləməlidir ki, pensiya alacaq",- deyə, xəbərə reaksiya verib.

Müğənni Günel Ələkbərova: "Əla... 80 yaşında versinlər, "kim qaldı o da aldı" kampaniyasından silsilələr. Allaha pənah. Əslində, bu gözəl təşəbbüs insanların uzunömürlü olması üçündür. Bəlkə pensiya puluna görə dirənib ölməzlər",- deyə şərhdə yazıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR