Onlayn ictimai-siyasi qəzet
İyulun 3 və 4 tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı Xankəndidə keçiriləcək. Sammitdə Türkiyə prezidenti Ərdoğan, iranlı həmkarı Pezeşkian və Pakistan baş naziri Şərif iştirak edəcək. Bu isə Rusiyanın və Ermənistanın xüsusi diqqətlə izlədiyi proses olacaq. Bölgədə həssas və gərgin dönəmdə üç müsəlman ölkəsinin liderinin Xankəndiyə gəlişi maraq doğuracaq.
Ekspertlər bildirir ki, Xankəndi səfərində Ərdoğan Putinə Azərbaycanla bağlı apardığı siyasətə görə mesajlar verəcək. Bu, həm bizim tərəfdaşlıq sazişimiz, müttəfiqliyimiz, həm də indiki məqamda dost və qardaşlığın gətirmiş olduğu öhdəliklərdir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ