Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasından olan deputatlara yeni göstəriş verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti öz mənbələrinə istinadən yazır.
Məlumata görə, Nikol Paşinyan komanda yoldaşlarına bildirib:
“Müxalifətçilərin tənqidlərinə birə on prinsipilə cavab verin. Xalqa göstərmək lazımdır ki, müxalifət parlamentə yalnız maaş almaq üçün gəlir”.
Qəzetin mənbəsinin sözlərinə görə, Paşinyan daha sonra əlavə edib:
“Köhnə ilə yenini qarışdırın, onları mümkün qədər rüsvay edin, heç kimə rəhm etməyin”.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ