İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb

Bu gün səhər saatlarında Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Krım rəhbərinin müşaviri Oleq Kryuçkov regionun nəqliyyat naziri Nikolay Lukaşenkoya istinadən özünün Teleqram kanalında bildirib.

“Krım körpüsündə hərəkət texniki səbəblərə görə dayandırılıb və tezliklə bərpa olunacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik. Bərə keçidi normal rejimdə işləyir”, - mesajda deyilir.

Bir gün əvvəl baş nazirin müavini Marat Xusnullin terror aktından sonra təmirdə olan Krım körpüsünün ikinci dəmir yolu yolunda hərəkəti açıb. Göstərilən ərazidə bərpa işləri davam edib

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR