İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin “Ermira”sı - Ofşor, araq satan firma yoxsa pul kisəsi?

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin Soçidə Alina Kabayeva üçün olduqca bahalı malikanə aldığı ortaya çıxıb.

Musavat.com xəbər verir ki, malikanənin Kiprdə yerləşən “Ermira Consulting” ofşor şirkəti vasitəsilə alındığı qeyd olunur.

“Proyekt” Araşdırma mərkəzinin məlumatına görə, Kreml məmurları daşınmaz əmlak almaq üçün Kiprdə gizlətdiyi vəsaitlərdən istifadə edirlər. Rusiyadan gələn çirkli pulların məhz “Ermira Consultants” şirkətinin əli ilə yuyulduğu qeyd olunur.

WhatsApp Image 2023-02-28 at 17.35.38 (1).jpeg (67 KB)

Jurnalistlər prezidentin ən yaxın dostlarından birinin keçmiş biznes meneceri ilə görüşüb. Menecerin dediyinə görə, həmin adam “Ermira”nın da daxil olduğu gizli maliyyə şəbəkəsini idarə edir.

Həmsöhbət bildirib ki, 2015-ci ilə qədər şirkət nominal olaraq sıravi vətəndaşa - Sankt-Peterburqdan olan vəkil Vladislav Kopılova məxsus olub. Amma əslində prezident və onun qohumları üçün alış-veriş “Ermira”nın hesablarından ödənilib. Bu pulla da mənzillər, evlər alınıbb. Məsələn, 2011-ci ildə Alina Kabayeva bu pulla Soçidə dörd mənzil alıb və etibarlı şəxslərin adından qeydiyyatdan keçirib.

Jurnalistlər, həmçinin Kipr şirkətinin Kabaevanın direktorlar şurasının sədri olduğu “NMG” səhmlərinin dövriyyəsindən pul qazandığını öyrəniblər.

WhatsApp Image 2023-02-28 at 17.36.03.jpeg (94 KB)

2013-cü ildə “Ermira” 76 milyon avroya NMG-dən 7,5% pay aldığı, lakin üç ay sonra həmin səhmləri 141,6 milyon avroya Gennadi Timçenkoya satdığı iddia olunur.

"Emrira” həmçinin “Putinka” araq brendinin də sahibidir. Bu brend 2002-ci ildə “Vineksim” şirkətinə məxsus olub. Həmin il şirkətin sahibi Oleq Plaxuta oliqarx Arkadi Rotenberqdən arağın məhz belə adlanması üçün icazə verilməsini istəyib. 2004-cü ildə “Putinka” Rotenberqə, 2014-cü ildə isə “Ermira Consulting”in törəmə müəssisəsi sayılan “Real İnvest” şirkətinə keçib.

2021-ci ildə “Real-İnvest” ləğv edilib, onu yerinə “Baykal-invest” şirkəti “Putinka”ların satışı ilə məşğul olub. Ümumi hesablamalara görə, 2004-cü ildən bu yana 500 milyon dollardan çox “Putinka” arağı satılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR