İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ramzan Kadırovun general-leytenant rütbəsi almasına şərh verməyib

Rusiya prezidentinin mətbuat sözcüsü Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırova general-leytenant rütbəsinin verilməsi barədə informasiyalara şərh verməkdən boyun qaçırıb.

TASS agentliyinin xəbərinə görə, Dmitri Peskov hətta bununla bağlı hər hansı sənəd görmədiyini bildirib.

Jurnalistlər bu cür ali rütbəənin hansı əsaslarla verilə biləcəyini də xəbər alıblar. Dmitri Peskov bunun üçün hər hansı əsasa ehtiyac olmadığını deməklə kifayətlənib.

Xatırladaq ki, dünən, Çeçenistan parlamentinin spikeri Maqomed Daudov Ramzan Kadırova general-leytenant ali hərbi rütbəsinin verildiyini bəyan edib. Ramzan Kadırovun artıq polis general-mayor rütbəsi var. Bundan başqa o, 2009-cu ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR