İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml müharibədə “pauza” verir? – Enerji zərbələrinə moratorium müzakirədədir


Ukrayna ilə bağlı danışıqlarda ehtiyatlı optimizm görünməyə başlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib: Ukrayna üzrə müəyyən irəliləyiş var və bu, enerji obyektlərinə hücumlara qoyulan müvəqqəti moratoriumla bağlıdır.

Peskov bildirib ki, bu moratoriumun müddəti artıq başa çatıb, lakin Prezident Putindən bu mövzuda yeni göstəriş verilməyib. Bu isə o deməkdir ki, enerji infrastrukturlarına qarşı hücumların bərpası hələlik gündəmdə deyil, lakin istisna da edilmir.

Rusiya tərəfi məsələ ilə bağlı hələ çox müzakirələrin aparılacağını və yekun qərarların danışıqların gedişindən asılı olacağını vurğulayıb. Bu isə münaqişənin gedişində yeni mərhələyə keçid siqnalı kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR