İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu “Qəzza”ya getdi – Planı təsdiqləməyə gəlmişəm...  

İsrailin baş naziri Benyamin Netanyahu anklavı nəzarətə götürmək planını təsdiqləmək üçün Qəzza zolağı ilə sərhədin müdafiəsinə cavabdeh olan İsrail Müdafiə Qüvvələrinin (IDF) “Qəzza” bölməsinə gəlib.

Musavat.com xəbər verir ki, məlumatı Ynet portalı yayıb.

Portalın yazdığına görə, Netanyahu məqsədini açıq ifadə edib: “Mən İsrail ordusunun HƏMAS-ı darmadağın etmək və Qəzza zolağına nəzarəti ələ keçirmək planını təsdiqləməyə gəlmişəm”. İsrail baş nazirinin sözlərinə görə, o, həmçinin "bütün girovların azad edilməsi üçün dərhal danışıqlara başlamaq və münaqişəni İsrail üçün məqbul şərtlərlə dayandırmaq əmri verib": "Biz həlledici mərhələdəyik. HƏMAS üzərində qələbə və girovların azad edilməsi paralel gedir".

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR