Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Yunanıstanda yay tətilində kameralara tuş gəlib. Xarici mətbuatın yazdığına görə, o, həyat yoldaşı Kerri Conson və dörd övladı ilə birlikdə Evia adasında istirahət edir.
Fotolarda Consonun dənizdə üzməsi, çimərlikdə günəşlənməsi və ailəsi ilə vaxt keçirməsi əks olunub. Onun həyat yoldaşı Kerri Conson da dəniz kənarında uşaqları ilə birlikdə görünüb.
Bu, sabiq baş nazir ailəsinin son aylarda ikinci yay istirahətidir. Yunanıstandan əvvəl Conson ailəsi İtaliyada istirahət etmişdi. Məlumatlara görə, Conson bu səfərlərlə həm siyasi gərginlikdən uzaqlaşmaq, həm də yeni doğulan körpələri ilə daha çox vaxt keçirmək imkanı əldə edib.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ