Onlayn ictimai-siyasi qəzet
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Musavat.com xəbər verir ki, Prezident vurğulayıb ki, Laçında kanat yolu gələn il istifadəyə veriləcək, Xankəndi-Şuşa və Kəlbəcərdə isə artıq layihələrin təməlləri qoyulub və yerlər seçilib. O, əlavə edib ki, bu layihələr bölgələri həm estetik, həm də komfortlu baxımdan “cənnət”ə çevirəcək.
"Planlarımız çox böyükdür. Mən artıq bəyan etmişdim ki, biz kanat yollarını da çəkməyə başlayırıq. Birincisi, Laçında. Siz Laçın şəhərini də yaxşı tanıyırsınız, Həkəri çayından da Laçının yuxarı məhəlləsinə məsafə böyükdür. Həm də hündürlük fərqi də böyükdür. Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq. İkinci kanat yolu isə Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu da Kəlbəcərdə olacaq. Onun da yerinə baxmışıq. Bura çox gözəl mənzərəli yerlərdir, həm də cənnətdir. Amma buranı cənnət etmək üçün gərək bax, belə gözəl şərait olsun. Bunu da biz edirik. Ona görə bir daha sizi təbrik edirəm. Xoşbəxt yaşayın, cansağlığı arzulayıram", - Prezidenti İlham Əliyev deyib.
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ