Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampın müharibədə yalnız müdafiədə qalib gəlməyin mümkünsüzlüyü ilə bağlı sözlərinə münasibət bildirib. Musavat.com Unian-a istinadən xəbər verir ki, o, bunu axşam videomüraciətində edib: "Bu müharibəyə son qoyulmalıdır. Biz Rusiyaya təzyiq etməliyik ki, müharibə bitsin. Putin güc və təzyiqdən başqa heç nə başa düşmür. Təbii ki, biz dövlətimizi və xalqımızı qorumaq üçün lazım olan hər şeyi edirik və edəcəyik. Prezident Tramp tamamilə haqlıdır: bu, təkcə müdafiə baxımından mümkün deyil. Amma eyni zamanda, diplomatiya sahəsindəki səylərimizi azaltmırıq, bütün tərəfdaşlarla birlikdə sülh əldə etmək üçün çalışırıq”.
Onun sözlərinə görə, hazırda milli təhlükəsizlik müşavirləri işləyir - dünən onların söhbəti olub, bu gün də çoxlu ünsiyyət var: "Onların səviyyəsində hərbçilər - Ali Baş Komandan, Baş Qərargah - Ukraynanın təhlükəsizlik zəmanətlərinin hərbi komponenti üzərində işləyirlər. İndi hər gün Ukraynanın gələcək təhlükəsizlik arxitekturasına konturlar əlavə olunur. Silahlar, maliyyələşdirmə, tərəfdaşlarımızla qarşılıqlı əlaqə, quruda, havada, dənizdəki qüvvələr. Və hər gün Ukrayna öz tərəfdaşlarından çoxlu diplomatiya dəstəyi alacaq, mənim də işim çox olacaq”.
Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən danışarkən işğalçı ölkəyə hücum etmədən müharibədə qalib gəlməyin çox çətin, hətta qeyri-mümkün olduğunu deyib. Bundan sonra siyasətçi idmandan misal çəkib: "Fantastik müdafiəyə malik möhtəşəm komanda var, lakin onlara hücumda oynamaq icazəsi verilmir. Qalib gəlmək şansı yoxdur".
“Truth Social” sosial şəbəkəsində o, bir daha xatırladıb ki, Ukraynadakı müharibə ABŞ-ın keçmiş prezidenti Co Baydenin müharibəsidir: "Yalançı və açıq-aşkar səriştəsiz Co Bayden Ukraynaya zərbə endirməyə imkan vermədi, ancaq özünü müdafiə etdi. Bəs nəticə nədir?" Amerika lideri əlavə edib ki, bizi “maraqlı anlar” gözləyir.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ