Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton yaxın iki həftə ərzində Rusiya və Ukrayna münaqişəsinə münasibətdə mövqeyini dəyişə bilər.
Trampın sözlərinə görə, bu, sülhün əldə olunub-olunmamasından asılı olacaq:
“Sizə xəbər verəcəyəm. Mən deyərdim ki, təxminən iki həftə ərzində vəziyyətin necə olacağı məlum olacaq. Ondan sonra biz, bəlkə də, başqa yanaşma qəbul etməli olacağıq”.
Tramp vurğulayıb ki, əsas hədəf münaqişənin sülh yolu ilə həlli olsa da, bu mümkün olmadığı halda ABŞ-ın strategiyası yenilənəcək.
Ekspertlərin fikrincə, prezidentin açıqlaması Vaşinqtonun Ukrayna böhranına dair siyasətində dönüş nöqtəsi ola biləcək mesaj kimi qiymətləndirilir.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ