İnsanlara hürriyət, millətlərə istiqlal!

Livan fələstinli döyüşçülərin tərksilahının birinci mərhələsinin başlandığını açıqlayıb

Livandakı Fələstin qruplaşmaları silahlarını hakimiyyətə təhvil verməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Livanın LBC telekanalı məlumat yayıb.

"Livan Beyrutdakı Burj-əl-Bərəcnə düşərgəsindən başlayaraq fələstinli qaçqınlardan silahların müsadirə edilməsi prosesinin birinci mərhələsinə başlayır", - Livan-Fələstin Dialoq Komitəsinin rəhbəri Ramez Dimaşkie deyib.

“Bu addım 2025-ci il mayın 21-də Livan Prezidenti Jozef Aun və Fələstin Muxtariyyətinin sədri Mahmud Abbasın Livanın suverenliyini, dövlət hakimiyyətini və silahlar üzərində müstəsna nəzarət prinsipini təsdiqlədikləri Livan-Fələstin sammitinin nəticələrinin bir hissəsidir”, - telekanal bildirib.

Dimaşkie əlavə edib ki, bu addım həm də Livan-Fələstin Dialoq Komitəsinin mayın 23-də baş tutan birgə iclasının nəticələrinə uyğundur. ABŞ-nin Türkiyədəki səfiri Tom Barak tərəflər arasında əldə olunan razılaşmanı alqışladığını deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR